...

Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalarını müzakirə edəcək

Siyasət Materials 1 Fevral 2024 05:53 (UTC +04:00)
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyalarını müzakirə edəcək

Bakı. Trend:

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrlə Rusiya Federasiyasına qarşı təklif olunan 13-cü sanksiyalar paketinin təfərrüatlarını müzakirə etməyə başlayacaq.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən bildirib.

Məlumata əsasən, qeyri-rəsmi görüşlər və yüksək səviyyədə müzakirələr Aİ-nin Rusiyaya qarşı yeni tədbirlər paketini rəsmi olaraq Avropa Şurasında müzakirə və səsvermə üçün təqdim etməzdən əvvəl sonuncu addım olacaq.

Təklifdə Rusiyanın sanksiyalardan yayınması ilə mübarizə tədbirlərinin, fiziki və hüquqi şəxslərin sanksiya siyahılarının genişləndirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti