...

TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür - Şimali Kiprin Baş naziri

Siyasət Materials 15 İyun 2024 12:34 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Şuşa. Trend:

Tarixi və ortaq ənənələrə, dəyərlərə malik Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq nüfuzu getdikcə artır. TDT-nin qlobal problemlər və geosiyasi fonda əhəmiyyəti böyükdür.

Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Beynəlxalq Birlik Partiyasının Sədri Ünal Üstel “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada deyib.

“Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində üzv seçilməsi bizi qürurlandırır”, - deyən Ünal Üstel dəstək verən bütün qardaş ölkələrə minnətdarlıq edib.

Şimali Kiprin müxtəlif tribunalarda iştirakından, ölkəsinin inkişaf yolundan və tarixindən danışan qonaq müstəqillik yolunda bir sıra məhrumiyyətlərə, qadağalara məruz qaldıqlarını bildirib. “Xalqımızın haqları, Şimali Kipr həqiqətləri uğrunda sonadək mübarizə aparacağıq”, - deyə Baş nazir vurğulayıb.

Azərbaycan və Şimali Kipr arasında əlaqələrdən bəhs edən qonaq ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb.

“İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək və möhkəmlənəcək. Prezident İlham Əliyevin dediyi kimi, bunun da zamanı gəlmişdir. İnanırıq ki, Şimali Kiprin Türk Cümhuriyyəti tezliklə TDT-yə üzv qəbul ediləcək”, - deyən Ünal Üstel ölkəsinə dəstəyə görə Türkiyəyə və Azərbaycana təşəkkür edib.

Xəbər lenti

Xəbər lenti