...

Prezident İlham Əliyev Belarusla imzalanmış protokolu təsdiqlədi

Siyasət Materials 29 İyun 2024 15:20 (UTC +04:00)
Prezident İlham Əliyev Belarusla imzalanmış protokolu təsdiqlədi

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”un təsdiq edilməsi barədə fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən, 2024-cü il mayın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol” təsdiq edilib.

Bu fərmanda göstərilən Protokol qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidirlər.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Xəbər lenti

Xəbər lenti