...

Ziyafət Əsgərov yenidən Milli Məclis sədrinin müavini oldu

Siyasət Materials 23 Sentyabr 2024 12:44 (UTC +04:00)
Ziyafət Əsgərov yenidən Milli Məclis sədrinin müavini oldu
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Deputat Ziyafət Əsgərov yenidən Milli Məclis sədrinin müavini vəzifəsinə seçilib.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında qərar qəbul edilib.

Qeyd edək ki, Z.Əsgərov Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Z.Əsgərov V çağırış Milli Məclis sədrinin birinci müavini olub.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti