...

Qazaxıstanın Azərbaycandakı səfiri "Hörmət" ordeni ilə təltif olunub (FOTO)

Siyasət Materials 3 Noyabr 2025 15:24 (UTC +04:00)
Qazaxıstanın Azərbaycandakı səfiri "Hörmət" ordeni ilə təltif olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel "Hörmət" ordeni ilə təltif olunub.

Bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev adından dövlət mükafatını xarici işlər naziri Yermek Köşerbayev təqdim edib.

Xarici siyasət qurumunun rəhbəri təbrik nitqində Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlığı və sıx əməkdaşlığı qeyd edib.

Səfir Alim Bayel öz növbəsindəAzərbaycandakı Səfirliyin Qazaxıstanın xarici siyasətinin səmərəli həyata keçirilməsinə və Qazaxıstan-Azərbaycan müttəfiqlik münasibətlərinin gücləndirilməsinə yönəlmiş vəzifələrin icrasını davam etdirəcəyini bildirib.

Xeyriyyəçilik fəaliyyətinə görə azərbaycanlı iş adamı Amil Yusifov da “Hörmət” ordeni ilə təltif olunub. O, AZAL aviaşirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən Qazaxıstan vətəndaşlarının ailə üzvlərinə mənzillər, həmçinin Aktau şəhərinin xilasedicilərinə, xəstəxanasına və təcili yardım stansiyasına avtomobillər hədiyyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti