Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Andreas Qross təkrar parlament seçkilərinin monitorinqi üçün Bakıya gələcək. Bu barədə martın 28-də Trend ə AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi, estoniyalı Andres Herkel bildirib.
"A.Qross ilə ilkin razılaşmaya əsasən, biz seçkiləri müşahidə etmək üçün Azərbaycana gəlməyə hazırlaşırıq"-deyə Herkel bildirib və qeyd edib ki, hər iki həmməruzəçi AŞPA-nın monitorinq missiyası çərçivəsində respublikaya gələcək. "Biz gələn ayın sonunda, təxminən aprelin 22-də Bakıya gələcəyik"-deyə AŞPA həmməruzəçisi bildirib.
Azərbaycanın Milli Məclisinə (parlament) təkrar seçkilər mayın 13-nə planlaşdırılıb.