...

Azərbaycanın iki güləşçisi Olimpiadada mübarizəni dayandırıb

Cəmiyyət Materials 20 Avqust 2008 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanlı sərbəst güləşçilər - Emin Əzizov və Çamsulvara Çamsulvarayev Pekin Olimpiadasında mübarizəni dayandırıblar.

66 kq çəki dərəcəsində yarışan Əzizov 1/8 final mərhələsində qazaxıstanlı idmançıya məğlub olub.

Çamsulvarayev isə belaruslu güləşçi ilə görüşdə məğlub olduğu üçün Olimpiadada mübarizəni vaxtından əvvəl dayandırıb. Azərbaycanlı güləşçi 74 kq çəki dərəcəsində mübarizə aparıb.

Hazırda Azərbaycanın hesabında beş olimpiya medalı var. Bunlardan biri qızıl, ikisi gümüş, ikisi isə bürüncdür. Azərbaycan medal sayına görə Olimpiada iştirakçıları arasında 31-ci yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti