Azərbaycan və İran müştərək bədii filim çəkəcək

Cəmiyyət Materials 6 Aprel 2010 15:50 (UTC +04:00)
Azərbaycan və İran "Geriyə sayım" adlı müştərək filmin çəkilişinə hazırlaşır. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
Azərbaycan və İran müştərək bədii filim çəkəcək

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir T.Cəfərov/

Azərbaycanİran "Geriyə sayım" adlı müştərək filmin çəkilişinə hazırlaşır. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

"Geriyə sayım" filminin layihəsinin icraçı rəhbəri Eyyub Daneşvər bildirib ki, filmin ssenari müəllifi Çingiz Abdullayev, rejissoru isə Ənvər Əblucdur.

Daneşvər əlavə edib ki, filmdə indiyədək iki iranlı aktyorla - baş rolda oynayacaq Məhəmmədrza Frutən və əsas rollardan birində çəkiləcək Humayun İrşadi ilə müqavilə imzalanıb. Azərbaycandan da iki tanınmış aktyor - Rasim Balayev və Fuad Poladovun filmdə çəkilməsi dəqiqləşib.

Flimdə çəkilmək üçün daha 8-9 aktyor İran və Azərbaycandan seçiləcək və bu sahədə müzakirələr davam etdirilir.

Daneşvər bildirib ki, film detektiv janrındadır.

"Filmin çəkilişləri aprel ayının sonlarında Tehranda başlayacaq. Film Miqon və Ənzəli limanlarında çəkiləcək və sonra Bakıda başa çatacaq", - Daneşvər deyib.

Xəbər lenti

Xəbər lenti