...

Türkiyə səfiri Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Cəmiyyət Materials 26 May 2011 17:58 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə cümə axşamı Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Türkiyə səfiri Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan xalqını 28 may - Respublika Günü münasibətilə təbrik edib. Bu barədə cümə axşamı Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Respublika Günü münasibətilə qardaş və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram. Azərbaycan Demokratik Respublikası Şərqdə qurulan ilk demokratik cümhuriyyət olaraq tarixin səhifələrinə qızıl hərflərlə yazılıb. Bu gün bütün türk dünyası üçün qürur günüdür. Bu bayram günündə Azərbaycan xalqına sülh, əmin-amanlıq, cansağlığı, bərabərlik və sevinc diləyirəm", - təbrikdə qeyd olunub

Xəbər lenti

Xəbər lenti