...

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində yüksək müsabiqə vəziyyəti yaranacağı gözlənilən proqramlar açıqlanıb

Cəmiyyət Materials 17 İyun 2011 12:18 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinində maarif istiqamətinin pedaqogika ixtisaslaşması, MBA və TEMPUS proqramları üzrə yüksək müsabiqə vəziyyətinin yaranacağı gözlənilir.
Magistraturaya qəbul imtahanının ikinci mərhələsində yüksək müsabiqə vəziyyəti yaranacağı gözlənilən proqramlar açıqlanıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsində maarif istiqamətinin pedaqogika ixtisaslaşması, MBA və TEMPUS proqramları üzrə yüksək müsabiqə vəziyyətinin yaranacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev cümə günü keçidiyi mətbuat konfransında bildirib.

O deyib ki, imtahanlar iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində iştirak etmək üçün bakalavrlar iyunun 8-dən 16-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixctisaslaşmaları seçib təsdiq ediblər. Proqram və ixtisaslaşma seçimində fevralın 20-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər.

Bu hüquqa malik olan bakalavrlardan 7866 nəfəri qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiqləyib. Onlardan 6809 nəfəri Azərbaycan, 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfəri oğlanlar, 4122 nəfəri isə qızlardır. 4936 nəfər ali təhsil müəssisələrinin builki, 2930 nəfər əvvəlki illərin məzunudur.

Babayev deyib ki, bu il qəbul aparılan ixtisaslaşmalar üçün 5815 plan yeri ayrılıb. Qəbul planı 2010-cu ildə 5242 yer olub. Bu il plan 10,9 faiz artıb. Ötən illə müqayisədə imtahanın II mərhələsində iştirak edən bakalavrların sayında da 20 faiz artım qeydə alınıb. Ötən il 6608 bakalavr imtahanın ikinci mərhələsinə buraxılmışdı.

Babayev əlavə edib ki, bakalavrlar artıq gələn həftənin əvvəlindən imtahana buraxılış vərəqəsini çap edib götürə biləcəklər.

İmtahanın nəticələri www.tqdk.gov.az internet səhifəsində yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti