...

Azərbaycanda "yol terroru": 705 ölü, 2028 yaralı

Cəmiyyət Materials 10 Sentyabr 2012 16:40 (UTC +04:00)
Azərbaycanda bu ilin 8 ayında 1863 yol qəzası qeydə alınıb, nəticədə 705 nəfər ölüb, 2028 nəfər yaralanıb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.
Azərbaycanda "yol terroru": 705 ölü, 2028 yaralı

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda bu ilin 8 ayında 1863 yol qəzası qeydə alınıb, nəticədə 705 nəfər ölüb, 2028 nəfər yaralanıb. Bu barədə bazar ertəsi Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, hesabat dövründə piyadanın vurulması ilə bağlı 635 yol qəzası baş verib, nəticədə 225 piyada ölüb, 454-ü yaralanıb. Sürət həddini aşan sürücülər 499 yol qəzası törədib, nəticədə 225 nəfər ölüb, 485-i yaralanıb.

Ötmə qaydalarına riayət etməyən sürücülər isə 489 yol qəzası törədiblər və bu qəzaya görə 197 nəfər ölüb, 678-i yaralanıb. Yolayrıcını keçmə qaydasının pozuntusu ilə bağlı 167 qəza baş verib, nəticədə 38 nəfər ölüb, 218-i yaralanıb.

Sərxoş sürücülər isə 55 yol qəzası törədib, buna görə 24 nəfər həyatını itirib, 65 xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti