...

Məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğu açıqlanıb

Cəmiyyət Materials 3 İyun 2016 15:42 (UTC +04:00)
Təhsil Nazirliyi orta məktəblərdəki vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğunu açıqlayıb.
Məktəblərdə vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğu açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi orta məktəblərdəki vakant müəllim yerlərinin daha çox hansı ixtisaslar üzrə olduğunu açıqlayıb.

Nazirlikdən Trend-in sorğusuna cabab olaraq, bildirilib ki, 2016-2017-ci tədris ili üçün müəllimlərin yerdəyişməsi üzrə müsabiqəyə 3091 vakant yer təqdim olunub. Vakansiyaların 563-ü Bakı şəhərini, digərləri isə bölgələri əhatə edir. İbtidai sinif, kimya, biologiya və fizika fənləri üzrə vakansiyalar üstünlük təşkil edir.

Qeyd edək ki, iyunun 1-dən Azərbaycanda müəllimlərin bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi üzrə elektron ərizə qəbuluna başlanılıb.

Müəllimlərin işə qəbulu üzrə ərizə qəbulu iyulun 1-dən 17-dək aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti