...

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Cəmiyyət Materials 31 İyul 2023 16:46 (UTC +04:00)
Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadıldı

Bakı.Trend:

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti