...

Azərbaycan xalq musiqisi Hyustonda səslənib

Cəmiyyət Materials 2 May 2007 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 may /müx.Trendlife Ülkər əliyeva/ABŞ-ın Houston ST Thomas Universitetinin konsert zalında Amerika-Azərbaycan Ticarət Palatasının nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət və turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış Azərbaycan musiqiçiləri İmamyar Həsənov (kamança) və Rüfət Həsənovun (tar) konserti təşkil olunub. Tədbirin təşkilində Amerika-Azərbaycan Ticarət Palatasının rəhbəri Mahir İsgəndərovun böyük köməyi olub.

Konsert iki hissədən ibarət olub. Birinci hissədə Azərbaycan xalq mahnıları və təsnifləri, ikinci hissədə isə xalq rəqsləri və bəstəkar mahnıları səslənib. Konsertdə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev, Hyustonun icra hakimiyyətinin nümayəndələri, Houston ST Thomas Universitetinin rektoru qonaq qismində iştirak ediblər. Konsertdə həmçinin İran musiqiçi Pecmanom Xadadi də iştirak edib.

Xəbər lenti

Xəbər lenti