...

Dünyanın ən bahalı 10 transferindən 8-i İspaniya klublarının payına düşür

İdman Materials 23 İyul 2014 20:18 (UTC +04:00)
İspaniya klubları bahalı transferlərlə diqqəti çəkir.
Dünyanın ən bahalı 10 transferindən 8-i İspaniya klublarının payına düşür

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Ulucay Akif/

İspaniya futbol klubları bahalı transferlərlə diqqəti çəkir.

Trend-in məlumatına görə, "Real"ın yeni transferi Xames Rodriqes dünyanın ən bahalı 10 transferi sırasında 80 milyon avro ilə dördüncü yerdədir.

Qeyd edək ki, dünyanın 10 ən bahalı transferindən 8-ni "Real" və "Barselona" gerçəkləşdirib.

"Barselona"nın bu yaxınlarda 81 milyon avroya transfer etdiyi Luis Suares üçüncü pillədədir. Birinci və ikinci pilləni 94 milyon avroluq transferlə "Real" klubunun oyunçuları Qaret Beyl və Kriştiano Ronaldo tuturlar.

Siyahı aşağıdakı kimi davam edir:

5. Zinəddin Zidan ("Real") - 73,5 milyon avro
6. Zlatan İbrahimoviç ("Barselona") - 69,5 milyon avro
7. Kaka ("Real") - 65 milyon avro
8. Edinson Kavani ("Monako") - 64,5 milyon avro
9. Radamel Falkao ("Monako") - 60 milyon avro
10. Luiş Fiqo ("Real") - 60 milyon avro

Xəbər lenti

Xəbər lenti