Bakı. Trend:
Yaşıl transformasiya Türkiyə üçün zəruridir.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek deyib.
Şimşek Türkiyənin yaşıl iqtisadiyyat və enerji transformasiyası sahəsində atdığı addımlara toxunaraq, bərpa olunan enerjiyə investisiya qoyuluşunun zəruri olduğunu vurğulayıb.
“Türkiyə 2022-ci ildə neft və təbii qaz idxalı üçün 97 milyard dollar ödəyib. Bu rəqəm 2023-cü ildə 70 milyard dolları keçib, bu il isə 80 milyard dollara yaxınlaşacaq.” – deyə nazir bildirib.
O qeyd edib ki, Türkiyənin təkcə bərpa olunan enerjidə deyil, həm də iqtisadiyyatın yaşıl transformasiyasında böyük potensialı var.
Xatırladaq ki, Mehmet Şimşek İslam İnkişaf Bankının (İİB) 50 illik yubileyi münasibətilə Ər-Riyadda keçirilən İİB İllik Toplantıları çərçivəsində “Valilər Dialoqu-Türkiyə” sessiyasında iştirak edib.