...

Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Cəmiyyət Materials 30 Aprel 2024 08:57 (UTC +04:00)
Cəlilabadda mal-qara oğurlayan qohumlar saxlanılıb

Bakı. Trend:

Ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinlərinə məxsus 8 baş inək və camışın örüş sahələrindən oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Ramil Sadıqov və qohumu Raul Quliyev saxlanılıb. Hazırda onların digər analoji əməllərinin olub-olmadığı araşdırılır.

Xəbər lenti

Xəbər lenti