...

Bəzi şəxslərin Rusiyada siyasi sığınacaq alması onların Ermənistana ekstradisiyasını çətinləşdirir - Erməni baş prokuror

Dünya xəbərləri Materials 29 Aprel 2024 17:47 (UTC +04:00)
Bəzi şəxslərin Rusiyada siyasi sığınacaq alması onların Ermənistana ekstradisiyasını çətinləşdirir - Erməni baş prokuror
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan bəzi şəxslərin Rusiyadan ekstradisiyasına nail olmağa çalışır, lakin onlar orada siyasi sığınacaq istəyib.

Trend xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentin profil komissiyasının iclasında deyib.

Baş prokurorun sözlərinə görə, bu şəxslərin siyasi sığınacaq istəməsi onların Ermənistana ekstradisiyasında problem yaradır.

Qeyd edək ki, hazırda Ermənistanın keçmiş müdafiə naziri, silahlı qüvvələrin keçmiş Baş qərargah rəisi, general-polkovnik Mikael Arutyunyan, keçmiş baş prokuror Gevorq Kostanyan, keçmiş baş məhkəmə icraçısı Miqran Poqosyan və bir sıra keçmiş məmurlar Rusiya ərazisindədir. Ermənistanda onlara qarşı cinayət işləri açılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti