...

“100% Networking Day” adlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2024 22:04 (UTC +04:00)
“100% Networking Day” adlı tədbir keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

"Networking Azerbaijan" Biznes Klubunun növbəti "100% Networking Day" adlı tədbiri keçirilib.

Trend xəbər verir ki, dövlət qurumlarının nümayəndələrinin, müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarlar arasında biznes əlaqələrinin yaradılması və genişləndirilməsi olub.

Tədbirdə çıxış edən Sahibkarlığın İnkişaf Fondunun idarə heyətinin sədri Osman Xaliyev və "Huner Group" təsisçi və direktoru Ehtiram Quliyev sahibkarlar arasında şəbəkələşmənin əhəmiyyəti, bu sahədə fəaliyyətləri və dəstəkləri barədə məlumat verdilər.

Qeyd edilib ki, netvörkinq bizneslərin yeni əlaqələr qurması, əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsi baxımından önəmlidir.

Güclü bir şəbəkə ilə əhatə olunan sahibkarlar daimi dəyişən mühiti izləmək və mövcud biznes ehtiyaclarını qarşılamaq üçün əhəmiyyətli mövqeyə sahib olurlar. Müxtəlif sektordan sahibkarların iştirakı ilə keçirilən tədbir zamanı maraqlı tərəflər arasında işgüzar əlaqələrin qurulması təmin edilib.

Xəbər lenti

Xəbər lenti