...

Parisdə IEA-COP29 formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək

İqtisadiyyat Materials 30 Aprel 2024 12:42 (UTC +04:00)
Parisdə IEA-COP29 formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Parisdə mayın 15-də Beynəlxalq Enerji Agentliyi (IEA) - COP29 formatında ilk yüksək səviyyəli dialoq keçiriləcək.

Trend xəbər verir ki, bu barədə IEA-nın icraçı direktoru Fatih Birol COP29 prezidenti Muxtar Babayevlə görüşündən sonra "X" platformasında yazıb.

"Mayın 15-də Parisdə "IEA-COP29" formatında yüksək səviyyəli ilk dialoqumuzu keçirməyi səbirsizliklə gözləyirəm", - deyə IEA-nın icraçı direktoru yazıb

F.Birol, həmçinin, IEA-nın ölkələrə yeni milli töhfələrlə bağlı, eləcə də, bu il Bakıda keçiriləcək COP29-un uğurlu nəticələrinin təmin olunmasında dəstəyini təsdiq edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti