...

Qırğızıstandan daşınan yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırıla bilər - İnkişaf Fondunun həmsədri

İqtisadiyyat Materials 29 Aprel 2024 14:52 (UTC +04:00)
Qırğızıstandan daşınan yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırıla bilər - İnkişaf Fondunun həmsədri
Abdullo Janob
Abdullo Janob
Bütün xəbərlər

Bişkek. Trend:

Qırğızıstandan daşınan yüklər Azərbaycan vasitəsilə Avropaya çatdırıla bilər.

Trend xəbər verir ki, bu barədə qırğız KİV-ə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədri Almaz Mambetov deyib.

"Hazırda Qırğızıstanda və Azərbaycanda iri iqtisadi layihələr həyata keçirilir. Qırğzıstanda xüsusən Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu inşa olunur. Bu dəmir yolu Türkmənistana giriş imkanı yaradır və buradan Xəzər dənizi vasitəsilə mallar Azərbaycana çatdırıla bilər ki, bu, həmçinin, Azərbaycan tərəfinin maraqlarındadır. Daha sonra, Qırğızıstandan daşınan yüklər Azərbaycan ərazisi vasitəsilə Avropa bazarlarına çatdırıla bilər", - Mambetov deyib.

Onun sözlərinə görə, Qırğızıstan Azərbaycan limanları vasitəsilə Avropaya ixrac imkanları barədə düşünməlidir.

Qeyd edək ki, 454 kilometr uzunluğunda Çin-Qırğızıstan-Özbəkistan dəmir yol xətti layihəsi Çin və Özbəkistanın dəmir yollarını Qırğızıstan ərazisi vasitəsilə birləşməsi, daha sonra Avropa dəmir yol şəbəkəsinə qoşulması üçün nəzərdə tutulub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti