Bakı. Trend:
Reklam subyekti kimi fəaliyyəti olan rəqəmsal platforma təsirçisi üçün hüquqi əsas yaradılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Reklam haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, maddi qazanc qarşılığında öz nüfuzundan istifadə etməklə reklam daşıyıcısı olan rəqəmsal platformalarda reklam fəaliyyətini həyata keçirən fiziki və ya hüquqi şəxs rəqəmsal platforma təsirçisi hesab ediləcək.