...

Donald Tramp ABŞ-nin BMT İHŞ və UNRWA-dan çıxması ilə bağlı fərman imzaldı

Dünya xəbərləri Materials 5 Fevral 2025 03:35 (UTC +04:00)
Donald Tramp ABŞ-nin BMT İHŞ və UNRWA-dan çıxması ilə bağlı fərman imzaldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp BMT-nin İnsan Hüquqları Şurasından (BMT İHŞ) və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyindən (UNRWA) çıxmaq barədə icra fərmanı imzalayıb.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Sənəddə əlavə təfərrüatlar açıqlanmayıb. Qeyd edək ki, ABŞ artıq Trampın birinci prezidentlik müddətində BMT İHŞ-dən çıxmışdı. Vaşinqton uzun müddətdir ki, şuranı İsrailə qarşı qərəzli yanaşmaqda və insan hüquqlarını pozan hökumətləri müdafiə etməkdə ittiham edir.

Bundan əlavə, yanvar ayında BMT Baş katibinin daimi nümayəndəsinin müavini Fərhan Hak ABŞ-nin BMT qarşısında ümumi borcunun 2,8 milyard dollara çatdığını bildirmişdi.

Xatırladaq ki, ötən ay Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması barədə də fərman imzalamışdı.

Xəbər lenti

Xəbər lenti