Bakı. Trend:
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer-190” sərnişin təyyarəsinin vurulduğu hava hücumundan müdafiə sisteminin raketinin fraqmentlərinin görüntüləri yayılıb.
Trend xəbər verir ki, müvafiq fotolar Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilən AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatında yerləşdirilib.
Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatını dərc edib.
Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qəza nəticəsində 39 nəfər həlak olub, 27 nəfər isə yaralanıb və xəstəxanaya çatdırılıb. Hər iki pilot və bir təyyarə bələdçisi həlak olub, daha iki ekipaj üzvü sağ qalıb.