Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın müvəqqəti prezidenti Əhməd Əş-Şaara arasında Ankarada keçirilən görüş başa çatıb. Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Trend xəbər verir
ki, Prezident Ərdoğan bildirib ki, indiki məqamda ərəb və islam
dünyası Suriyanın yeni iqtidarına və xalqına həm maddi, həm də
mənəvi dəstək göstərməlidir:
“Bu, çox vacibdir. Suriyalı qardaşlarımızın öz ölkələrini bərpa edə
biləcəklərinə heç bir şübhəm yoxdur.”
O əlavə edib ki, Türkiyə ilə Suriya arasında müxtəlif sahələrdə
əməkdaşlıq inkişaf etdirilir:
“Suriyanın xarabaya çevrilmiş şəhərlərinin bərpasında dəstək
verməyə hazırıq. Suriya iqtisadi cəhətdən dirçəldikcə,
suriyalıların könüllü şəkildə öz vətənlərinə qayıdışı da
sürətlənəcək.”
Ərdoğan vurğulayıb ki, Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək göstərməyə hazırdır.
Öz növbəsində, Əhməd Əş-Şaara 1967-ci il sərhədlərinin bərpasının vacibliyini qeyd edərək bildirib ki, Suriya Türkiyə ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.