...

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək

Dünya xəbərləri Materials 4 Fevral 2025 03:27 (UTC +04:00)
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək

Bakı. Trend:

Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

Trend xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.

"Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır", - Prezident bildirib.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti