Bakı. Trend:
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı yeni dövlət rüsumları müəyyənləşib:
- Rüsumsuz ticarət mağazasının yaradılmasına icazənin verilməsi
100 manat.
- Su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər
yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən
elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500
kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan çox elektrik
enerjisinin istehsalına icazənin verilməsi - 150 manat.
- Elektrik enerjisinin ötürülməsinə icazənin verilməsi - 150
manat.
- Elektrik enerjisinin paylanmasına icazənin verilməsi - 150
manat.
- Elektrik enerjisinin ixrac və idxal edilməsinə icazənin verilməsi
150 manat.
- Sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentinin
qeydiyyat şəhadətnaməsinin verilməsi - 70 manat.
- Texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin verilməsi - 70
manat.
- Texnoloji biznes inkubatorunun qeydiyyat şəhadətnaməsinin
verilməsi - 70 manat.";
- "İxrac nəzarəti haqqında" qanuna əsasən ixrac nəzarətinə düşən
malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin)
ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün
icazənin verilməsi - 100 manat.
- İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin
tətbiqi haqqında şəhadətnamənin verilməsi - 100 manat.
- Qazın istehsalına və təbii qazın emalına icazənin verilməsi - 200
manat;
- Qazın nəqli üçün icazənin verilməsi - 150 manat.
- Qazın paylanmasına icazənin verilməsi – 50 manat.
- Yeraltı qaz anbarlarının işlənməsi, tikilməsi və istismarına
icazənin verilməsi 150 manat.
- Sənaye qaz qurğusunun istismarına icazənin verilməsi - 100
manat.
- Neft və qaz yataqlarının kəşfiyyatına icazənin verilməsi - 150
manat;
- Neft və qaz yataqlarının işlənməsinə və hasilatına icazənin
verilməsi – 150 manat;
- Neft və neft məhsullarının boru kəmərləri vasitəsilə nəqlinə
icazənin verilməsi - 150 manat.