Bakı. Trend:
Plastik cərahiyyə, bədən şəkilləndirmə, mədə kiçilmtə əməliyyatları reklamlar və şou-proqmaların mənfi təsiri nəticəsində ortaya çıxır.
Trend xəbər verir ki, bunu bu gün Milli Məclisin 2025-ci il yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, həkimi şəxs olaraq reklam etmək heç bir ölkənin praktikasında yoxdur:
“Vətəndaşları səhv yola yönəldərirlər. Bəzən yaxşı həkimi o qədər reklam edirlər ki, qəbuluna xeyli vətəndaş gedir, həki də vaxt çatışmazlığından işini də keyfiyyətlə görə bilmir.
Təklif edirəm ki, “Reklam haqqında” Qanuna dəyişikliklər edilsin. Həkimlik fəaliyyətində sponsorların olması, həkimlərin reklam edilməsi dünyanın hər yerində qadağandır, Azərbaycanda da qadağan olmaldır”.