...

Paytaxtda avtomobil qaçıran şəxs saxlanıldı

Gündəm Materials 3 Fevral 2025 12:39 (UTC +04:00)
Paytaxtda avtomobil qaçıran şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nizami rayonu ərazisində “Honda” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 44 yaşlı S.Əsədov müəyyən olunaraq saxlanılıb.

Keçirilən digər tədbirlə isə rayon ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinənlər 18 yaşlı F.Əliyev və bir nəfər yeniyetmə də müəyyən olunaraq saxlanılıblar.

Nərimanov rayonu ərazisində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən 26 yaşlı Ş.Şixəliyev və 23 yaşlı Ş.İsmayılov da müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti