...

BƏƏ Fransadan sifariş edilən "Rafale" qırıcılarının ilk partiyasını alıb

Dünya xəbərləri Materials 2 Fevral 2025 23:10 (UTC +04:00)
BƏƏ Fransadan sifariş edilən "Rafale" qırıcılarının ilk partiyasını alıb

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2021-ci ildə ölkələr arasında imzalanmış müqaviləyə əsasən, Fransadan "Rafale" qırıcılarının ilk partiyasını alıb.

Trend-in məlumatına görə, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

BƏƏ-nin Müdafiə Nazirliyi bildirib ki, qırıcı təyyarələrin ilk partiyasının tədarükü "Dassault Aviation" şirkəti ilə ölkənin hava qüvvələrinin “qabiliyyətlərini artırmaq” üçün bağlanmış “tarixi müqavilənin” bir hissəsidir.

Fransanın "Dassault Aviation" şirkətinin BƏƏ Hərbi Hava Qüvvələri üçün istehsal etdiyi ilk "Rafale" qırıcı təyyarəsi yanvarın 30-da Parisdə keçirilən mərasimdə təqdim edilib. Mərasimdə Fransa Silahlı Qüvvələri naziri Sebastien Lekornü və BƏƏ-nin müdafiə işləri üzrə dövlət naziri Məhəmməd bin Mübarək Fadel Əl-Məzraui iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti