...

Prezident mükafatına layiq görüldüyüm üçün çox xoşbəxtəm - Vüqar Məmmədzadə

Siyasət Materials 2 Fevral 2025 18:32 (UTC +04:00)
Prezident mükafatına layiq görüldüyüm üçün çox xoşbəxtəm - Vüqar Məmmədzadə
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Prezident mükafatına layiq görülməyimdən əvvəlcədən xəbərim yox idi. Bir neçə zəngdən və təbriklərdən sonra mən hələ anlaya bilmirdim ki, bu nəyin təbrikidir.

Bu sözləri Trend-ə Prezident mükafatına layiq görülən gənclərdən biri olan, film bəstəkarı Vüqar Məmmədzadə təəssüratlarını bölüşərkən deyib.

O qeyd edib ki, tanışları təbrik üçün zəng edəndə bunun nə üçün olduğunu bilmirdi:

“Daha sonra linklər göndərdilər və gördüm ki, Prezident mükafatına layiq görülən gənclər arasında mənim də adım var. Bu, çox sevindirici haldır. Düşünürəm ki, bir ölkənin möhkəmlənməsi, güclü olması və daima inkişaf etməsi üçün nəyinki gənclərin, ümumiyyətlə, hər bir sahənin, xüsusən də xalqa, dövlətə fayda verən və onun gücünü artıran sahələrə yönələn diqqət çox önəmlidir. Prezident İlham Əliyev lazımlı olan bütün sahələrə diqqət və qayğı ilə yanaşır”.

Vüqar Məmmədzadə bildirib ki, Prezident mükafatına layiq görüldüyü üçün çox xoşbəxtdir.

“Mən sevinirəm və çox xoşbəxtəm ki, Prezident mükafatına layiq görülmüşəm. Buna görə dövlətimizin başçısına minnətdaram. Prezident İlham Əliyevin diqqət və qayğısını hiss etmək bizi daha faydalı olmağa, gördüyümüz işlərə daha da məsuliyyətlə yanaşmağa vadar edir”- deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti