Bakı. Trend:
Qubada 3,2 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu bildirib.
Yeraltı təkanlar Quba stansiyasından 14 km cənub-qərbdə Quba rayonunda qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.