Bakı. Trend:
Nasaz yük avtomobillərin yolda qalması prospektdə sıxlığa səbəb oldu.
Trend xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Yasamal rayonu, Moskva prospekti, tunelə giriş hissədə texniki nasaz bir neçə yük avtomobili yolda qalıb.
Bu səbəbdən metronun “20 Yanvar” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi naryadları ilə birgə yaranan sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.