Bakı. Trend:
Ötən il Azərbaycanda əmlak sığortası üzrə 233,5 milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 51,8 milyon manat və ya 28,5% çoxdur.
Eyni zamanda hesabat dövründə əmlak sığortası üzrə 37,9 milyon manat sığorta ödənişləri həyata keçirilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 15,9 milyon manat və ya 72,6% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda sığorta yığımlarının həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəki göstəricilərlər müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4 milyon manat və ya 28,1% artım deməkdir.