...

Ötən il Azərbaycanda əhali avtomobil benzini və dizel yanacağına 3,4 milyard manat sərf edib

İqtisadiyyat Materials 1 Fevral 2025 17:17 (UTC +04:00)
Ötən il Azərbaycanda əhali avtomobil benzini və dizel yanacağına 3,4 milyard manat sərf edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 1 254,8 min ton avtomobil benzini istehsal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 209,4 min ton və ya 14,3% azdır.

Bu ilin yanvarın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 16,3 min ton təşkil edib.

Ümumilikdə, 2024-cü il ərzində Azərbaycanda 3,4 milyard manat dəyərində avtomobil benzini və dizel yanacağı istehsal edilib ki, bu da illik ifadədə 218 milyon manat və ya 6,8% çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti