Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İngiltərənin tanınmış şirkəti "Metatek" ilə əməkdaşlıq çərçivəsində ilk dəfə quru sahəsində aeroqravimetrik tədqiqat işlərinə start verib.
SOCAR-dan Trend-ə verilən məlumata görə, bu üsul geniş ərazilərdən qısa zamanda yüksək dəqiqliklə məlumat əldə etməyə imkan yaradır.
Bildirilib ki, bu çərçivədə dünyada məşhur "LockheedMartin" şirkətinin ən son eFTG texnologiyası tətbiq olunacaq, həmçinin maqnetik ölçmələr və LiDAR texnologiyası vasitəsilə relyefin 3D modeli əldə ediləcək.
Qeyd olunub ki, əldə olunan nəticələr Azərbaycanın yeraltı süxurları və strukturları haqqında daha müfəssəl məlumat toplamağa, habelə neft-qaz və digər təbii sərvətlərin aşkarlanmasına imkan yaradacaq.