Xaçmaz. Trend:
Xaçmaz rayonunda 2 fevral - Azərbaycan Güncləri Gününə həsr edilmiş “Suveren Azərbaycanın qalib gəncləri” adlı tədbir keçirilib.
Xaçmaz Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Xaçmaz Peşə Liseyinin və peşə təmayüllü siniflərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Rəsmi hissədə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Gənclər Günü münasibətilə gəncləri təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti, imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət Proqramları gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar yaradıb. Xaçmaz rayonunda da gənclər Vətənə məhəbbət, milli-mənəvi dəyərlərə, mədəni irsə, dövlət dili və rəmzlərinə hörmət ruhunda tərbiyə olunur.
Digər çıxış edənlər də Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin bu gün uğurla davam etdirildiyini bildirərək bu siyasətin müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndiriblər.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən gənclər Fəxri fərmanla təltif ediliblər.
Tədbirdə dövlət gənclər siyasəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Yerli mədəniyyət işçilərinin hazırladığı geniş konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.