Bakı. Trend:
Ötən il Azərbaycan 2,6 milyon ABŞ dolları dəyərində 11,8 min ton keramika məmulatları ixrac edib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,3 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm ifadəsində isə 8,6 min ton və ya 3,7 dəfə çoxdur.
Hesabat dövründə keramika məmulatları ixracı ölkənin ümumi ixracının 0,04%-ni təşkil edib.
Eyni zamanda ötən il Azərbaycana 117,7 milyon ABŞ dolları dəyərində keramika məmulatları idxal edilib ki, bu da 2023-cü ildəki göstəriciyə nisbətən 15 milyon ABŞ dolları və ya 11,3% azdır.
Dövr ərzində keramika məmulatları idxalı ölkənin ümumi idxalının 0,56%-ni təşkil edib.