Bakı. Trend:
Azərbaycan və İtaliya arasında ikitərəfli iqtisadi əlaqələr, yeni fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, İqtisadiyyat naziri Mikayıl Cabbarovun İtaliyaya səfəri çərçivəsində bu ölkənin şirkətlər və "Made in Italy" naziri Adolfo Urso ilə görüşü zamanı baş tutub.
Bildirilib ki, görüşdə iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişaf etdiyi vurğulanıb.
Qeyd olunub ki, ikitərəfli iqtisadi əlaqələr, birgə investisiya layihələri, Azərbaycan və İtaliya şirkətlərinin əməkdaşlığı və yeni fəaliyyət istiqamətlərinin təşviqi barədə fikir mübadiləsi aparılıb.