...

Azərbaycanla BMT arasında yeni Çərçivə sənədinin imzalanacağı vaxt açıqlandı

Siyasət Materials 31 Yanvar 2025 17:03 (UTC +04:00)
Azərbaycanla BMT arasında yeni Çərçivə sənədinin imzalanacağı vaxt açıqlandı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

BMT ilə Azərbaycan arasında yeni Çərçivə sənədinin bu ilin sonuna qədər imzalanacağı gözlənilir.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı daimi rezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirilən tədbir çərçivəsində verdiyi açıqlamada bildirib.

“Biz hesab edirik ki, bugün səsləndirilmiş istiqamətlər “Azərbaycan 2030: Milli Sosial-İqtisadi İnkişafın Prioritetləri”nin gündəminin, “Böyük qayıdış” planı və COP29 sədrliyinin təşəbbüslərinin müvafiq prioritetlərinə uyğun gələn əməkdaşlıq çərçivəsində qoyulmuş təməllərin davamı olacaq. Və əlbəttə ki, növbəti addım – bu istiqamətləri konkret nəticələrə çevirməkdir ki, buna da biz yaxın beş il ərzində birgə nail olacağıq. İndi biz bu prinsipləri üzərində işləyəcəyimiz gözlənilən nəticələrin aydın formulasiyalarına çevirməliyik. Bu prosesi gələn çərşənbə axşamına qədər başa çatdırmağa çalışacağıq, çünki daxili prosesimiz çərçivəsində yekun formulyasiyaların Azərbaycan hökuməti tərəfindən 7 mart tarixinədək təsdiqlənməsinə ehtiyacımız var. Biz işimizi davam etdirəcəyik və sonra BMT-nin terminologiyasından istifadə edərək nəticə zəncirini işləyib hazırlamaq, həmçinin ümumi irəliləyişimizi ölçə biləcəyimiz konkret nəticələr, məhsullar və indikatorları müəyyən etmək üçün yenidən sizinlə əlavə məsləhətləşmələr aparacağıq. İş bununla bitmir. Ümid edirik ki, bu ilin iyun ayına qədər əməkdaşlıq çərçivəsi sənədi tamamlanacaq, təsdiqlənəcək və çox güman ki, bu ilin sonuna qədər keçiriləcək təntənəli imzalanma mərasimində növbəti beş il üçün öhdəliklərimizi rəsmi şəkildə təsdiq edəcəyik", – deyə o bildirib.

Qeyd edək ki, Çərçivə sənədinin bu prioritet istiqamətləri seçilib: inklüziv və dayanıqlı iqtisadi artımın inkişaf etdirilməsi, insan kapitalının inkişafına və innovasiyalara dəstək, iqlim dayanıqlığına, “yaşıl” və ədalətli keçidə vasitəçilik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti