Bakı.Trend:
Avropa İttifaqı birliyə qoşulmaq istəyən ölkələrdən gələcəkdə birdəfəlik üzvlük haqqı ala bilər.
Trend xarici KİV-lərə xəbər verir ki, bu barədə Polşanın maliyyə naziri Katajina Pelçinkskaya-Nalenç bildirib.
“ABŞ və Böyük Britaniya oxşar ödənişlər qəbul edir, niyə də biz Avropa İttifaqına üzv olmaq üçün haqq almaq imkanını nəzərdən keçirməyək? Bu əlavə maliyyə imkanları yaratmış olardı”, - deyə o qeyd edib.
Blokun gəlirlərinin artırılmasının vacibliyindən danışan polşalı nazir “kompleks investisiya siyasətinə” səsləyib.
Qeyd edək ki, Polşa iyun ayına qədər Avropa İttifaqı Şurasına sədrlik edir.