...

Ağcabədidə əl qumbarası partladı: ölənlər və yaralananlar var, cinayət işi başlanıb - ADLAR (FOTO/VİDEO) (YENİLƏNİB-2)

Hadisə Materials 31 Yanvar 2025 14:51 (UTC +04:00)
Ağcabədidə əl qumbarası partladı: ölənlər və yaralananlar var, cinayət işi başlanıb - ADLAR (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədidə baş vermiş partlayışla bağlı cinayət işi başlanıb.

Trend bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):

1. Quliyev Şamiq Əfqan oğlu (1959);

2. Quliyev Bəhruz Şamiq oğlu (1983);

3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);

4. Məmmədli Murad Vidadi oğlu (2018);

5. Quliyev Natiq Namiq oğlu (2018),

2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:

1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);

2. Quliyeva Aysun Namiq qızı (2015).

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

XXX

12:43

Ağcabədidə əl qumbarası partlaması nəticəsində ölən 5 nəfər nəfərin kimliyi məlum olub.

Trend-in əldə etdiyi məlumata görə, hadisə zamanı Quliyeva Fatimə, Quliyev Bəhruz, Məmmədli Məhəmməd, Məmmədli Murad, Quliyev Şamil həlak olublar.

Qeyd edək ki, TƏBİB və Baş Prokurorluğun məlumatına əsasən, partlayışda 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

XXX

12:28

Ağcabədidə əl qumbarası partlayıb ölən və yaralılar var.

Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsində baş verib.

Baş vermiş hadisə nəticəsi 5 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölən və yaralananların bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti