...

HƏMAS daha bir israilli əsiri azad edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Fevral 2025 13:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

HƏMAS bu gün sərbəst buraxmalı olduğu 3-cü israilli əsiri – Kit Siqeli sərbəst buraxıb.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Üçüncü israilli mülki əsir Qəzzada Qırmızı Xaç komitəsinin əməkdaşlarına təhvil verilib.

Rəsmi Tel-Əviv məlumatı təsdiqləyib.

XXX

11:30

İsraillə bağlanmış atəşkəs və əsirlərin azad edilməsi ilə bağlı razılaşma əsasında HƏMAS hərəkatı bu gün daha 2 əsiri azad edib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, əsirlər Qəzzanın şimalında Beynəlxalq Qırmızı Xaç komitəsinin vasitəçilərinə təhvil verilib. Daha bir israilli əsirin gün ərzində azad edilməsi gözlənilir.

Azad edilmiş israilli əslərin müqabilində İsrail tərəfi bu gün öz həbsxanalarında saxladığı 183 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Qeyd edək ki, bu Doha razılaşması imzalandan bəri sayca 4-cü əsir mübadiləsi olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti