...

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin buraxıcılıq qabiliyyətinin artırılması istiqamətində aktiv addımlar atır

İqtisadiyyat Materials 31 Yanvar 2025 14:41 (UTC +04:00)
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin buraxıcılıq qabiliyyətinin artırılması istiqamətində aktiv addımlar atır
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin buraxıcılıq qabiliyyətinin artırılması istiqamətində aktiv addımlar atır.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın baş naziri Əli Əsədov Avrasiya Hökumətlərarası Şurasının Almatıda keçən iclasında etdiyi çıxışda danışıb.

“Biz ənənəvi olaraq nəqliyyat-tranzit sahəsində əməkdaşlığa böyük önəm veririk. Azərbaycandan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri keçir. Biz ərazimizdən keçən nəqliyyat yollarının bütün komponentlərinin uğurlu fəaliyyətini təmin etmişik”,- deyə o bildirib.

Baş nazir Azərbaycan ərazisindən yükdaşımalarının davamlı templərlə artmaqda olduğunu vurğulayıb.

“Ötən il tranzit daşımaların həcmi 8 faiz artıb. Yük axınının artım dinamikasını nəzərə alaraq, yuxarıda qeyd olunan dəhlizlərin imkanlarının genişləndirilməsi üçün aktiv addımlar atırıq. Bizim öz tərəfdaşlarımızla, Aİİ üzvləri ilə bütün istiqamətlərdə əməkdaşlığı artırmaq üçün böyük potensialımız və zəngin təcrübəmiz var. Azərbaycan bunun üçün bütün lazımı səyləri göstərməyə hazırdır”, - deyə Əli Əsədov bildirib.

Xəbər lenti

Xəbər lenti