Bakı. Trend:
"Real Madrid"də ilk mövsümünü keçirən fransalı hücumçu Kilian Mbappe ilk dəfə La Liqada ayın oyunçusu mükafatını qazanıb.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yanvarda Mbappe “Las Palmas”la qarşılaşmada dubl (4:1), “Valyadolid”lə oyunda (3:0) het-trik edib.