...

İranın Astara yük terminalının istifadəyə veriləcəyi vaxt açıqlanıb

İqtisadiyyat Materials 1 Fevral 2025 17:30 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın şimalında yerləşən Gilan vilayətində Astara yük terminalı gələn bir il ərzində istifadəyə veriləcək.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və Nəqliyyat Təşkilatının sədri Rza Əkbəri bu gün yeni yük terminalı ilə yaxından tanış olarkən ölkənin yerli KİV-lərinə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu yük terminalının 6 hektar ərazidə tikilməsi üçün hazırlıq işləri aparılır. Hazırda ölkənin rəsmi quru sərhəd keçidlərinin tənzimlənməsi şurasında terminalın xəritəsi araşdırılmaqdadır və yaxın gələcəkdə onun tikintisinə başlanacaq.

Əkbəri əlavə edib ki, 2023-cü ildə İran və Azərbaycan rəsmilərinin iştirakı ilə yeni körpü istifadəyə verilib. Bu istiqamətdə köhnə terminalın yeni körpü istiqamətinə köçürülməsi və yükdaşımanın tam şəkildə yeni körpü ilə həyata keçirilməsi üzrə işlər aparılır. Bu məsələ İran və Azərbaycan arasında Birgə İqtisadi Komissiyanın Tehran iclasında da xüsusi olaraq vurğulanıb.

Qeyd edək ki, 21 və 22 yanvarda Tehranda İran və Azərbaycan Birgə İqtisadi Komissiyanın 16-cı iclası keçirilib. İclasın sonunda iki ölkə arasında əməkdaşlıq sənədi imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti