...

ABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün heç bir səbəb yoxdur - İran XİN

Dünya xəbərləri Materials 1 Fevral 2025 08:58 (UTC +04:00)
ABŞ administrasiyası ilə birbaşa danışıqlar üçün heç bir səbəb yoxdur - İran XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran rəhbərliyi ABŞ prezidenti Donald Tramp administrasiyası ilə birbaşa danışıqlara başlamaq üçün heç bir səbəb görmür.

Trend-in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi bildirib.

Onun sözlərinə görə, İranın dondurulmuş aktivlərinin blokdan çıxarılması Tehran və Vaşinqton arasında etimadı bərpa etmək üçün ilk addım ola bilər.

"Bunun baş verməsi üçün bir səbəb olmalıdır. Hazırda mən bunun üçün heç bir əsas görmürəm. Bununla belə, onların hansı siyasəti yürüdəcəklərini, dialoq üçün zəmin olub-olmayacağını mütləq görməliyik", - deyə nazir qeyd edib

"Bir və ya iki addımın etimadı bərpa edəcəyini deyə bilmərəm, çünki münasibətlərimiz çətin yoldan keçib <��…>. Məncə, ABŞ buna nail olmaq üçün nə etmək lazım olduğunu hamıdan yaxşı bilir", - o, davam edib..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti