...

İqtisadiyyat Nazirliyi BMT ilə yeni çərçivə sənədinin əsas elementləri barədə

İqtisadiyyat Materials 31 Yanvar 2025 12:10 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi BMT ilə yeni çərçivə sənədinin əsas elementləri barədə
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hökumətin təklif etdiyi “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər”dəki əsas prioritetlərin yeni çərçivə sənədi ilə əlaqələndirilməsini təmin etmək vacibdir

Trend xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və Sosial Siyasət şöbəsinin sədri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirilən tədbirdə etdiyi çıxışda danışıb.

“BMT və Azərbaycan arasındakı münasibətlər beşillik müddətləri əhatə edən çərçivə sənədləri əsasında gerçəkləşdirilir. Cari çərçivə sənədi 2021-2025-ci illəri əhatə edir və bu il onun realizəsi baxımından son ildir. Bu sənəd çərçivəsində iqtisadi, ekoloji və sosial sahələrdə çoxsaylı layihələr həyata keçirilib və bu il onların icrası yekunlaşır.

Bugünki seminarın əsas hədəfi – 2026-203-cu illəri əhatə edəcək və cari sənədi əvəz edəcək yeni çərçivə sənədinin hazırlanmasıdır. Seminarın əsas vəzifəsi – 2025-ci il ərzində tərtib olunacaq yeni sənəd çərçivəsində BMT tərəfindən gerçəkləşdiriləcək layihələri milli prioritetlərlə əlaqələndirməkdir. Növbəti mərhələdə hökumət tərəfindən "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair milli prioritetlər" çərçivəsində müəyyən edilmiş əsas prioritetlərin uyğunlaşdırılması və birinci Dövlət Proqramı – "Böyük Qayıdış"ın əsas istiqamətlərinin yeni çərçivə sənədinə daxil edilməsi vacibdir.

Bundan əlavə, sənədə beynəlxalq təşəbbüslər, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində qəbul edilmiş milli məqsəd, prioritet və indikatorlar inteqrasiya edilməlidir. Həmçinin dayanıqlı maliyyələşmənin stimullaşdırılması və müvafiq layihələrin dəstəklənməsi yeni çərçivə sənədinin vacib aspektlərindən sayılır”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti