...

Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs saxlanılıb

Cəmiyyət Materials 31 Yanvar 2025 12:50 (UTC +04:00)
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən şəxs saxlanılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana narkotik vasitə keçirməyə cəhd edən İran vətəndaşı sərhəddə saxlanılıb.

Bu barədə Trend-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində yanvar ayının 28-də saat 04:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran İslam Respublikası vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb.

Qeyd edilib ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti