Bakı. Trend:
Azərbaycan getdikcə daha fəal şəkildə digər dövlətlərə humanitar və inkişaf yardımı göstərir.
Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı daimi rezident-əlaqələndiricisi Vladanka Andreyeva Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə” mövzusunda keçirlən tədbirdə çıxışında bildirib.
“Azərbaycanın beynəlxalq münasibətlərdə çoxtərəfli yanaşmaya sadiqliyini vurğulamaq istərdim. Azərbaycan - gəlir səviyyəsi ortadan yüksək olan ölkə olaraq, o cümlədən BMT xətti ilə, getdikcə daha fəal şəkildə digər dövlətlərə humanitar və inkişaf yardımı göstərir", – deyə o bildirib.